200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


11.08.2020  09:15 

Rayona istirahətə gedən daha 18 nəfər cərimələndi





A+  A-

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gedən şəxslər barəsində tədbirlər görülüb.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri yoxlanış məqsədilə şöbə əməkdaşları tərəfindən saxlanılıblar. Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qusar rayonuna gəldikləri məlum olub. Keçirilən reyd zamanı 18 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.



www.facebook.com

Daha ətraflı

Reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Qaydaları pozan 25 şəxs İXM-nin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə) maddəsi ilə 100 manat cərimələnib.



Xəbər 1986 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +