200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.05.2019  10:46 

Zelenski Ali Radanı ləğv edəcək





A+  A-

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Ali Radanı ləğv edəcək.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə dövlət başçısnın müşaviri Dmitri Razumkov “1+1” kanalında yayımlanan “Hakimiyyət hüququ” verilişində qonaq olarkən məlumat verib.

O, aparıcının Zelenskinin parlamenti buraxacağı ilə bağlı xəbərə münasibətində “Əlbəttə, bu təşəbbüs olacaq” deyə bildirib.

Müşavirin sözlərinə görə, bunun üçün Radada koalisiyanın olmaması əsas şərtlərdən biridir.

“Eyni zamanda, Vladimir Zelenski millət vəkillərinin öncədən verdikləri vədlərinin ən azı bir hissəsini yerinə yetirmək üçün onlara kömək etməyə hazırdır”, - deyə Razumkov vurğulayıb.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə əsasən, parlamentdə koalisiya mövcud olarsa, Rada bir ay ərzində iclas etməsə və hökuməti formalaşdıra bilməsə, ləğv edilə bilər.

Konstitusiyaya əsasən, parlamentin ləğvi barədə fərmanı sadəcə prezident imzalaya bilər.

Xatırladaq ki, Vladimir Zelenskinin inauqurasiya mərasimi 20 mayda keçiriləcək.

Xəbər 1523 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +