200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.05.2019  10:06 

Bakıda 1 milyon sahibsiz küçə iti varmış





A+  A-

Paytaxtda mövcud olan sahibsiz itlərlə bağlı "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin xarici şirkətlə birgə apardığı araşdırmaların nəticəsi açıqlanıb.
Mərkəzdən XəzərNews.az-a daxil olan məlumata görə, araşdırma nəticəsində Bakıda 1 milyona yaxın sahibsiz küçə itinin olduğu müəyyənləşib.

Monitorinq qrupunun üzvləri bildirib ki, təcili tədbir görülməzsə, sahibsiz küçə itləri Bakı sakinlərinin təhlükəsizliyi üçün böyük problemə çevriləcək. Bu səbəbdən də Mərkəz tərəfindən küçə itlərinin toplanması işləri sürətləndirilib, briqadaların sayının artırılması qərara alınıb.

Qeyd edək ki, "Toplan" briqadaları ərazilərə başçəkməni vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirirlər. Bütün montorinqlər aktlaşdırılır.

"Toplan" Mərkəzinin məqsədi paytaxtda sahibsiz itlərin sayının yerli və beynəlxalq qanunvericilik çərçivəsində, həmçinin xarici ölkələrin aparıcı təcrübəsi əsasında tənzimlənməsidir.

Xəbər 1654 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +