200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


16.03.2019  16:02 

Vətəndaşlığa qəbul edilən 74 nəfərin andiçməsi olub





A+  A-

Martın 13-də prezident İlham Əliyevin 74 nəfərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq Dövlət Miqrasiya Xidmətində həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.
XzəərNews.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, ilbəil Azərbaycan vətəndaşlığını əldə etmək şərəfinə nail olmaq istəyən insanların sayında artım müşahidə olunur. Dövlət başçısının rəhbərliyi altında tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycan bu gün dünya dövlətləri sırasında sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə bütün sahələrdə dinamik inkişafı ilə fərqlənir. Məhz bu səbəbdən də Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir.

Çıxışının sonunda Xidmət rəisi qarşıdan gələn Novruz Bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Sonra vətəndaşlığa qəbul olunan 74 nəfər təntənəli şəraitdə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Xəbər 1503 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +