200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


09.10.2017  09:37 

Azərbaycanda bu virusa necə yoluxurlar?





A+  A-

Azərbaycanda İİV infeksiyasına yoluxma daha çox inyeksion narkotik istifadəsi nəticəsində olur.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, İİV daşıyıcılarının 45,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2%-də heteroseksual, 2%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. Yoluxanların 7,4% -də yoluxma yolu müəyyən edilməyib. Azərbaycanda İİV-lə yaşayan 5269 nəfər rəsmi qeydiyyatdadır. İİV-ə yoluxanların 3796-sı (73,2%) kişi, 1473-ü (26,8%) qadındır.

N.Zülfüqarov bildirib ki, hazırda QİÇS mərhələsində olan vətəndaşların sayı 1383 nəfərdir. İndiyədək 828 nəfər İİV infeksiyasından dünyasını dəyişib.

Xəbər 1628 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +