200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


05.02.2025  11:44 

Eritreyadakı vətəndaşlarımızın qaytarılması buna görə ləngiyir





A+  A-

2 ay əvvəl Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada - Eritreya sahillərində girov saxlanılıb. “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır.

Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya və Rusiya Federasiyasındakı səfirliklər vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.

Ancaq hələlik Azərbaycan vətəndaşları sərbəst buraxılmayıb. Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 20-də bildirib ki, gəmilərlə bağlı danışıqlar davam edir. Onun sözlərinə görə, danışıqlarda müsbət irəliləyişlər müşahidə olunur.

Maraqlıdır proses niyə uzanır?

XəzərNews.az xəbər verir ki, gəmilərin məxsus olduğu "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hələlik gəmilərlə bağlı araşdırma aparılır.

“Qarşı tərəfdən araşdırma aparılır ki, onların ərazi sularına niyə girmişik. Çünki bu hal sərhəd pozma kimi gedir. Bizdə də olsa, eyni qayda da proses dəyərləndirləcəkdi. Hələ araşdırma gedir. Düzdür, o dövlətdə biraz məsələlər ləng gedir. Məhz buna görə də məsələ qalıb”.


Xəbər 1718 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +