200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.01.2025  15:19 

Ukrayna Ryazanı alova bürüdü





A+  A-

Ukrayna Təhlükəsizlik Xidməti Xüsusi Əməliyyat Qüvvələri ilə birlikdə Ryazandakı Neft Emalı Zavoduna, eləcə də Ryazan İES-ə hücum etmək üçün dronlardan istifadə edib.

XəzərNews.az xəbər verir ki, bu barədə GORDON nəşrinə Ukrayna xüsusi xidmətindəki məlumatlı mənbələr məlumat verib.

İldə 17 milyon ton neft emal edən zavodun ərazisində ən azı üç çən yanır. Hücum nəticəsində baş verən yanğın dizel yanacağı və aviasiya kerosini üçün hidrotəmizləyici qurğunun yerləşdiyi sexi bürüyüb.

Bir sıra Telegram kanalları, xüsusən də Supernova+ yerli sakinlər tərəfindən lentə alınan videoları dərc edib. Onların üzərində partlayışlar eşidilir.

Yerli sakinlər sosial şəbəkələrdə ard-arda baş verən partlayışları, yanğınları və qalın qara tüstüləri əks etdirən videolar yerləşdiriblər.


Xəbər 2262 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +