200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


08.07.2024  13:57 

“Lokomotiv və vaqonlar” hazırdır -Fotolar





A+  A-

Azərbaycan Dövlət Kukla Teatrında daha bir səhnə işi tamamlanıb. Yeni tamaşa yerli müəllif Sevinc Elsevərin “Lokomotiv və vaqonlar” pyesi əsasında hazırlanıb.

Xəzərnews.az xəbər verir ki, əsərə teatrın baş rejissoru Prezident mükafatçısı Anar Məmmədov quruluş verib.

Birhissəli uşaq tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Tamaşada uşaqlara köhnə qatar stansiyasındakı qoca və lovğa Lokomotivin timsalında xudbinlik və kobudluğun lazımsız xüsusiyyət olduğu, bu keyfiyyətlərin ətrafdakılar tərəfindən daim mənfi qarşılandığı göstərilir.

Günlərin bir günü deyingən Lokomotivdən bezən vaqonlar platformada peyda olan yeni Lokomotivin yanına gedirlər. Gənc və mehriban, nəzakətli və işgüzar yeni Lokomotiv onların çox xoşuna gəlir.

Təbii ki, köhnə dostlarını da unutmayan vaqonlar bununla qoca Lokomotivə yaxşıca dərs verirlər. Sonra yenidən onun yanına qayıdırlar. O da buna çox sevinir. Onlar birlikdə sevinclə sərnişinlərə xidmət etməyə davam edirlər.

Tamaşada Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Səriyyə Mansurova, Cavid Telman, Yasin Abbasov və Səbinə Məmmədova iştirak edirlər.

Premyera növbəti mövsümün əvvəlində gerçəkləşəcək.













Xəbər 29032 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +