200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


07.03.2024  11:39 

Rimas Tuminas vəfat edib





A+  A-

Litvalı teatr rejissoru Rimas Tuminas vəfat edib.

Xəzərnews.az xəbər verir ki, rejissor uzun sürən xəstəlikdən sonra ötən gün İtaliyada, xəstəxanada 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 2014-cü ildə ona ağciyər xərçəngi diaqnozu qoyulub.

Tuminas Vaxtanqov teatrının bədii rəhbəri idi. O, 2022-ci ilin yazında vəzifəsini tərk edib. Buna səbəb sağlamlığı göstərilsə də Ukrayna ilə meharibə ərəfəsində Rusiya ilə bağlı açıqlamalarına görə ətrafında yaranan qalmaqala görə vəzifəsindən getdiyi istisna edilmir.

Belə ki, Tuminasın audio yazısı internetdə yayılıb və orada rejissor rusları və Rusiya hökumətini tənqid edib.

Bu səbəbdən 2022-ci il mayın 16-da Baş nazir Mixail Mişustinin sərəncamı ilə o, 2021-ci ildə “Edip Reks” filminin istehsalına görə və Rusiya mədəniyyətinin inkişafındakı mühüm töhfələrinə görə layiq görüldüyü Rusiya Hökuməti Mükafatından məhrum edilib.

Xəbər 1033 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +