“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


13.11.2017  09:17 

Tikintidə çalışanların əməkhaqqı azalıb





A+  A-

2017-ci ilin yanvar-sentyabr aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,9 min nəfər təşkil edib.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onların 53,0 min nəfəri binaların tikintisində, 24,9 min nəfəri mülki təyinatlı inşaat işlərində, 25,0 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 27,2 faizi dövlət, 72,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 793,4 manat olub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 901,3 manat, dövlət sektorunda isə 525,9 manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əmək haqqı 14,1 faiz azalıb, binaların tikintisində işləyənlərin orta aylıq nominal əmək haqqı 5,0 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 11,1 faiz artıb.

Xəbər 1793 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +