200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


27.11.2019  14:05 

Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək vəzifə VERDİ





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.
XəzərNews.az xəbər verir ki, akademik R.Mehdiyevin əmri ilə Elton Məmmədov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.

XəzərNews.az bildirir ki, Elton Məmmədov Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib:

"Bəli yeni vəzifəyə təyin olunmuşam. İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetdəki fəaliyyətimi dayandırmışam".

Qeyd edək ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. E.Məmmədov Milli Məclisin eks-deputatıdır. O, hazırkı təyinata qədər Azərbaycan Texniki Universitetində kafedra müdiri vəzifəsində işləyirdi.

Xəbər 1689 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +