200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


10.07.2018  17:19 

Ərzağın qiyməti 3 faiz qalxıb





A+  A-

2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb. Cari ilin son üç ayı ərzində ərzaq məhsullarının qiymətlərinin əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3 faiz aşağı düşməsinə səbəb olub.

Ay ərzində manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun ətinin, qatığın, pendirin, kərə yağının, albalının, gilasın, alçanın, əriyin, çiyələyin, pomidorun, xiyarın, badımcanın, göy lobyanın, soğanın, kartofun qiymətlərində ucuzlaşma, düyünün, mal və toyuq ətinin, yumurtanın, zeytun, günəbaxan və qarğıdalı yağlarının, göyərtinin, şəkər tozunun, dondurmanın, qara və yaşıl çayın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbər 1575 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +