200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


13.06.2017  09:34 

Palata xəbərdarlıq etdi





A+  A-

Auditorlar Palatası müəssisə və təşkilatlara xəbərdarlıq edib.
XəzərNews.az “APA-Economics”ə istinadən xəbər verir ki, müraciətdə bildirilir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələbələrinə uyğun olaraq məcburi auditin subyekti olan hüquqi şəxslər hər il maliyyə hesabatlarının düzgünlüyünü müstəqil auditor rəyi ilə təsdiq etməlidirlər.

"Auditdən keçməyən hüquqi şəxslərin rəhbərlərinə tövsiyə olunur ki, 2016-cı il üzrə maliyyə hesabatlarının təxirə salmadan müstəqil auditor rəyi ilə təsdiq olunmasını təmin etsinlər. Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən məcburi auditdən yayınmağa görə inzibati cərimə tətbiq edilməsi nəzərdə tutulub. Azərbaycan prezidentinin "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nın təsdiq edilməsi 3 may 2017-ci il tarixli 1361 nömrəli fərmanına müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti Auditorlar Palatasına həvalə edilib", - deyə müraciətdə qeyd edilib.

Xəbər 1919 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +