Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib


03.07.2021  11:26 

Gürcüstanda kütləvi vaksinasiyaya başlanılır





A+  A-

Gürcüstanda koronavirusa qarşı kütləvi vaksinasiyanın 5 iyul tarixindən başlayacağı açıqlanıb.
XəzərNews.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib. O, keçirdiyi mətbuat konfransında bildirib ki, əhalinin 60 faizinə peyvənd vurulması planlaşdırılır. Bu məqsədlə 4 milyon doza peyvənd sifariş verildiyi qeyd olunub.

Qaribaşvili ölkəyə ümumilikdə 1 milyon doza Çin istehsalı olan “Sinovac” və “Sinopharm” peyvəndlərinin çatdırıldığını və kütləvi prosesə hazır olduqlarını vurğulayıb.

Digər tərəfdən, Baş nazir “BioNTech/Pfizer” peyvəndinin iyul ayında Gürcüstana gətirilməyə başlayacağını açıqlayıb.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze iyul ayında “BioNTech/Pfizer” alındıqdan sonra ölkənin hər yerində 16 yaşdan yuxarı insanlara peyvənd vurulmasının mümkün olacağını bildirib.

Qeyd edək ki, Gürcüstanda bu günə qədər 266 min 161 nəfər peyvənd olunub.

Son 24 saat ərzində 964 nəfərin yoluxduğu ölkədə bu günə qədər ümumilikdə 368 min 22 nəfərdə virus aşkarlanıb və 5 min 335 nəfər vəfat edib.

Xəbər 3497 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +