İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


17.03.2021  10:54 

Koronavirusun testdə görünməyən növü aşkarlandı





A+  A-

Fransada koronavirusun PCR testlərdə görünməyən yeni növü aşkarlanıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Fransanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fransanın Bretan bölgəsində aşkarlanan bu növə yoluxma hallarında xəstəlik əlamətləri müşahidə olunsa da, test nəticələri neqativ göstərib. Bu növ virusa yoluxma diaqnozu qoymaq üçün seroloji qan testindən keçmək zəruridir.

Hazırda alimlər bu növün təsirlərini daha yaxşı anlamaq üçün araşdırmalar aparırlar. Mutasiyanın peyvəndlərə və antikorlara reaksiyasının da sınaqdan keçiriləcəyi bildirilib.

Son məlumatlara görə, Fransada 4,1 milyondan çox insan koronavirusa yoluxub, 91 min nəfər xəstəlik səbəbindən həyatını itirib. Ölkədə sərt məhdudlaşdırıcı tədbirlər və komendant saatı rejimi davam edir.

Xəbər 1356 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +