Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


02.08.2018  16:43 

Bermud üçbucağı“nın əsl sirri ortaya çıxdı





A+  A-

Southampton Universitetinin alimləri "Bermud üçbucağı" ilə bağlı daha bir fərziyyə irəli sürüblər.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçıların fikrincə bölgədə yüzlərlə gəmi və təyyarənin yox olmasına səbəb Atlantik okeanının həmin hissəsində 3 müxtəlif fırtınanın eyni anda toqquşaraq yaratdığı nəhəng dalğalardır.

Tədqiqatçı Dr. Simon Boksall şimal və cənubdan gələn fırtınaya Floridadan gələn fırtına da qoşulduğu zaman həmin ərazidə ölümcül dalğaların yarandığını söyləyib.

"Hündürlüyü 30 metrə qədər çatan dalğalar "Bermud üçbucağı"nın lənətinin əsas səbəbidir", - deyə o, bildirib.

Boksall və komandası 100 il öncə "Bermud üçbucağı"nda yoxa çıxan "USS Cyclop" gəmisini əsas götürərək, onun ətrafında dalğa simulyasiyaları yaradıblar.

Qeyd edək ki, ABŞ donanmasına aid olan "USS Cyclops" gəmisi 1918-ci ildə "Bermud üçbucağı"nda itib. Gəmidə həmin zaman 309 nəfər şəxsi heyət olub. Hadisədən sonra uzun zaman axtarışlar aparılsa da gəmiyə aid heç bir izə rast gəlinməyib.

Xəbər 1646 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +