Zelenski Putinlə nəyi müzakirə etmək istəyir?
Sıbiqa danışıqlar üçün Antalyaya gedib
Bir kisə pulu Rusiyadan çıxararkən saxlanıldı
Torpaq sənədi satan məmur həbs olundu
Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?


02.04.2019  22:43 

Baş Prokurorluq Masallıdakı dəhşətli qətllə bağlı məlumat yaydı





A+  A-

Masallıda 25 yaşlı Cəlilabad rayon sakininin öldürülərək cəsədinin hissələrə bölünməsi xəbərləri ilə bağlı Baş Prokurorluq məlumat yayıb.
XəzərNews.az-a daxil olan məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də itkin düşmüş Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Sahib Mahmudovun axtarılıb tapılması istiqamətində sonuncunun həmin tarixdə Masallı rayonu ərazisində qətlə yetirildiyi müəyyən edilib.

Aparılmış tədbirlər nəticəsində Cəlilabad və Abşeron rayon Polis Şöbələrinin istintaq bölmələrində Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə başlanmış cinayət işləri üzrə istintaq zamanı təqsirləndirilən şəxslər Əli Ələkbərli və Altay Ağamalızadə tərəfindən Sahib Məmmədovun şəxsi münasibətlər zəminində yanvarın 25-də Masallı rayonu ərazisində yerləşən “Adu Piramida” istirahət mərkəzində bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Hazırda Sahib Mahmudovun qətlə yetirilməsində təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1326 dəfə oxunub.




14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +