Paşinyan İTV-yə müsahibə verdi - Video
Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib


10.08.2021  19:07 

Türkiyə PKK-a ilə bağlı İsveçrəyə ETİRAZ ETDİ





A+  A-

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Cenevrədə PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasına etiraz edib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, PKK/YPG–nin "Şimali və Şərqi Suriyanın Muxtar İdarəetmə Nümayəndəliyi"ni açması ilə əlaqədar nazirlik İsveçrənin Ankaradakı səfirliyininin müvəqqəti işlər vəkilini çağırılaraq, izahat istənilib. Bununla əlaqədar İsveçrə səlahiyyətlilərinin əvvəlcə də təşəbbüsdə olduğu xatırladılıb, bu terror təşkilatının, yaxud ona bağlı olan qrupların dərnəklər və ya qeyri-hökumət təşkilatları adı altında terror fəaliyyətini qanuniləşdirilməsinin yolverilməz olduğu bildirilib.

Aşıqlamada vurğulanıb ki, terrorla mübarizədə terror təşkilatları arasında heç bir fərq qoyulmamalıdır: “Özləri terror təşkilatlarına hədəf olmayana qədər terroçulara qucaq açanlara bir gün bu bəlanın onlara da problem yaradacağını xatırladırıq. Ölkəmiz Avropa İttifaqı tərəfindən də terror təşkilatı olaraq tanınan PKK-ya və onunla əlaqəli qruplara qarşı hər yerdə və hər zaman mübarizəsini qətiyyətlə davam etdirəcək”, - deyə qeyd olunub.

Xəbər 1928 dəfə oxunub.




16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +