Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


08.02.2021  15:50 

Muharrem İncə CHP-dən istefa verdi





A+  A-

Türkiyəli siyasətçi Muharrem İncə CHP-dən ayrıldığını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, siyasətçi bu barədə bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.

“CHP indi sadəcə bir plakatdan ibarətdir. CHP ideoloji fırtınalar yaşayır. Bu gün yolayrıcında olduğumu bilirəm. ABŞ-dan demokratiya dilənənlərlə yolumu ayırıram. Mustafa Kamal deyən, ancaq Mustafa Kamal Atatürk deyə bilməyənlərdən ayrılıram”,- deyə İncə qeyd edib.

O, həmçinin öncədən xəbər verdiyi yeni siyasi partiyasını qurduğunu və yaxın zamanda bunu elan edəcəyini bildirib.

“Yeni bir yola çıxırıq. Hədəfimiz 50 + 1% səsi toplamaqdır. Ad, loqo- hər şey hazırdır. Sosial media hesablarından tutmuş patent əməliyyatlarına qədər. “İYİ” Partiyasından sonra məclisdə ən çox millət vəkili olan partiya olacağıq. Əksəriyyəti siyasətlə məşğul olmayan, amma siyasətdə təcrübəli dostlarımız da var. Çox qısa müddətdə ən az 60 bölgədə təşkilatlanacağıq”,- deyə siyasətçi qeyd edib.

Xatırladaq ki, Muharrem İncə ötən ilin avqust ayında Cümhuriyyət Xalq Partiyasından ayrılaraq yeni partiya quracağını açıqlamışdı.

Xəbər 2215 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +