Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


04.08.2022  10:58 

Mətbuat Şurasından Araz Zeynalovla bağlı - Nekroloq





A+  A-

Azərbaycan Mətbuat Şurası dünən axşam vəfat edən tanınmış jurnalist Araz Zeynalovla bağlı Nekroloq yayıb.

XəzərNews.az xəbər verir ki, Nekroloqda deyilir:

- Azərbaycanın müasir dövr jurnalistikasının tanınmış simalarından olan Araz Zeynalov vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Araz Hidayət oğlu Zeynalov. 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.

A.Zeynalov mənalı ömür yaşayıb. Bu ömrə məna verən onun söz sənətinə könüldən bağlılığı, sözün məqamını daim uca tutması olub. Yaddaşlarda da jurnalistikaya kübarlıq, alicənablıq gətirməyi bacaran həmkar kimi qalıb.

A.Zeynalov çalışdığı “Azərbaycan gəncləri”, “Panorama”, “Kaspiy” qəzetlərində, həmçinin “Vesti.az” saytında özünəməxsus peşəkarlıq dəst-xətti ilə seçilməklə yanaşı, bu media orqanlarında fəaliyyətə başlamış gənc həmkarları üçün örnəyə, etalona çevrilmişdi. Onlara praktik müstəvidə peşənin sirlərini öyrətmiş, jurnalistikanın məziyyətlərinə qatlaşmağı, incəliklərini nəzərə almağı zövq işi kimi aşılamışdı.

Onu tanıyan hər kəs üçün qayğıkeşlik, təəssübkeşlik, səmimiyyət nümunəsi olan, düşüncələrdə canlı məktəb kimi qalan A.Zeynalovun vəfatı Azərbaycan jurnalistikası üçün böyük itkidir. Bir daha mərhumun doğmalarına, əzizlərinə, dostlarına, saysız-hesabsız həmkarlarına dərin hüznlə başsağlığı verir, kədərlərini, acılarını bölüşürük.

Allah rəhmət eləsin!

Azərbaycan Mətbuat Şurası

Xəbər 1878 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +