Vasif Talıbovun səhhəti pisləşdi
Rusiyada azərbaycanlılar qəzaya düşdü: 3-ü öldü
Bakı-Ələt yolunda avtomobil qəzası baş verib
Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb
Zelenski Hakan Fidanı qəbul edib
Putin üçlü görüşə hazırdır? - Açıqlama
İcra ödənişləri 10 dəfəyədək artırılır
Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı
MM-in növbədənkənar sessiyası çağırılıb
Müdafiə Nazirliyi erməniləri təkzib etdi


17.06.2017  12:18 

““Reket jurnalistlər” indi də internet mediasında cəmləşiblər”





A+  A-

“Hələ ki biz jurnalistikamızı saf-çürük etməmişik. İndi hər hansı küçə ilə gedən bir nəfər şahidi olduğu hadisəni öz telefonu vasitəsilə çəkib bütün dünyaya yaya bilər. Hətta həmin çəkiliş ən yaxşı jurnalist materialı hesab oluna bilər”.
XəzərNews.az bildirir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az-a açıqlamasında deyib.
Mətbuat Şurasının sədri bildirib ki, əvvəlcə bütün dünyada onlaym jurnalistika qəbul olunmurdu.

“Azərbaycanda da bununla bağlı qanunvericilik təkmillşədirilir. Hazırda qəzetlər, jurnalllar, televiziya, informasiya agentlikləri və eyni zamanda internet resursları da Kütləvi İnformasiya Vasitələri (KİV) hesab olunur. Jurnalistikanın saflaşması üçün cəmiyyətin də hadisələrə baxışı dəyişməlidir. Cəmiyyət də müəyyən mənada inkişaf etməlidir Burada təhsillə bağlı da müəyyən faktorlar var. Biz jurnalistika fakültəsində artıq qabilliyyət imtahanlarını bərpa etmişik. Elə bilirəm ki, bir ildən sonra jurnalistika fakültəsindən daha peşəkar və jurnalist olmaq istəyən şəxslər məzun olacaqdır”.

Deputat “reket jurnalistlər”in əvvəllər yazılı mətbuatda, qəzetlərdə fəaliyyət göstərdiyini, indi isə internet mediasına cəmləşdiyini deyib.

“İndi həmin şəxslər onlayn jurnalistikaya, eyni zamanda internetdə fəaliyyət göstərən televizya və radiolara transfer olunublar. Bunun da müəyyən səbəbləri var. Çox təəssüf ki, həmin o şəxslər birləşərək ayrı-ayrı adamların ətrafında cərəyan etməyə başlayıblar. Onlar ayrı-ayrı insanlar tərəfindən də maliyyələşirlər. Son zamanlar o yolda olan jurnalistlər saxlanılır, həbs olunur. Bu proses hələ davam edəcək. Mən elə fikirləşirəm ki, iqtisadi baxımdan təminat ödəndikcə, həmin o neqativ hallar da aradan qalxacaq”.

Xəbər 2239 dəfə oxunub.




30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +