Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video





A+  A-

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verib.

XəzərNews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının karton istehsalı müəssisəsinin ərazisində karton qutuların yığıldığı sahədə baş verdiyi və sexlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində karton qutuların yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən sexlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin ərazisində 400 kv.m. sahədə 250 ədəd karton qutu, 4 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner yanıb.

Sexlər yanğından mühafizə olunub.



Xəbər 276 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +