Şahin Şıxlinski sərbəst buraxılıb
Onlar başlatdı, biz bitirəcəyik!
Voronejdə azərbaycanlı sahibkar həbs edilib
Yekaterinburqdakı diaspor liderimizi polis qaçırdı
Əliyevlə Zelenski bu məsələdə razılığa gəldi
Sobçak öldürülən azərbaycanlılardan yazdı
Zelenski Əliyevə zəng etdi, başsağlığı verdi
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
Prezident İlham Əliyev bu məhkəmələrə hakim təyin etdi
Böyük Britaniya 3 qrupu terror təşkilatı elan etməyə hazırlaşır


07.07.2023  10:06 

Əli İnsanovun partiyasında istefalar başlayıb





A+  A-

Sabiq səhiyyə naziri, HƏP partiyasının sədri Əli İnsanovun təşkilatında təlatümlər başlayıb.

Belə ki, təşkilatın idarə heyətinin üzvü Murad Bayramoğlu özünün Facebook səhifəsində partiyadan getdiyini və özü ilə bərabər HƏP-in Culfa, Abşeron təşkilatlarından yüzlərlə üzvünün çıxmasını bəyan edib.

Onun istefa bəyanatı milli azadlıq hərəkatının lideri Elçibəyin portretinin fonunda özünün fotosunu ilə müşayiət olunub. Sitat:"Dəyərli dostlar, uzun zamandır mənim üçün çətin olan bir seçim qarşısında qalmışdım. Nəhayət ki, secimimi edərək yaranmasının ilk günündən canla - başla əmək verdiyim HƏP-in İdarə Heyətinin üzvlüyündən, HƏP Abşeron rayon təşkilatının sədirliyindən, o cümlədən HƏP-in üzvülüyündən ayrılıram. Səbəb siyasi baxışlarımızın fərqliliyidir".

Daha sonra Murad Bayramoğlu tərəfdarlarının da bu partiyanı tərk etdiyini yazır. Sitat: "HƏP Abşeron təşkilatının bütün üzvləri (452 nəfər) 06.07.2023 -cü il tarixdə, Culfa rayon təşkilatının 120 üzvü - (toplam 572 üzv) imzalarını geri götürməklə, partiyadan istefa verib. Hər birinə mənə dəyər verdikləri üçün minnətdaram, uğurlar arzulayıram".

Musavat.com bildirir ki, Haqq Ədalət Partiyası M.Bayramoğlunun istefasını təsdiqləyib. Partiyanın yaydığı kiçik məlumatda biıdirilir: "2023-cü il iyulun 6 - da Haqq Ədalət Partiyasının İdarə Heyəti Bayramoğlu Muradı öz razılığı ilə partiya sıralarından xaric etmişdir".

Musavat.com bu məqamda yada salır ki, son vaxtlar Azərbaycanda 31 partiya özünü buraxdığını elan edib. Yerdə qalan partiyalar isə 5 min həcmdə üzv saylarını, onların telefon nömrə və başqa göstəricilərini 11 iyula qədər Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Əks halda onların da fəaliyyəti qanunsuz sayılacaq. HƏP-dəki bu istefalar İnsanovun təşkilatının qeydiyyatına problem yarada bilər./Musavat.com

Xəbər 2734 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!

01.07.2025  16:33 

Çində güclü daşqın olub

01.07.2025  16:09 

Rusiya Azərbaycana nota verib

01.07.2025  15:17 

Ukrayna Rusiyaya PUA hücumu edib

01.07.2025  15:03 

Azər Zahid buraxılıb


BÜTÜN XƏBƏRLƏR +