Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb
Çin vətəndaşlarına XƏBƏRDARLIQ...
Azər Qasımlının cinayət işi məhkəməyə verildi
Zəngəzur dəhlizi ticarətin inkişafında mühüm rol oynayacaq
ABŞ-da güclü partlayış olub
Pezeşkian danışdı: Onların İrana girişi qadağan ediləcək
Yekaterinburqdakı hadisələrlə bağlı Rusiya qurumlarına tapşırıq göndərmişik...
Yekaterinburqda daha bir azərbaycanlının həbs müddəti uzadıldı
Zaxarova danışdı: Məyus olacaqlar...
Yekaterinburqda azərbaycanlıları bu OMON-çular öldürüb


17.11.2021  22:07 

Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib





A+  A-

Azərbaycan UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına üzv seçilib.

XəzərNews.az xəbər verir ki, sessiya çərçivəsində qurumun İcra Şurası üzvlüyünə seçkilər keçirilib. Azərbaycan UNESCO-nun ikinci seçki qrupundan qurumun İcraiyyə Şurası üzvlüyünə namizədliyini irəli sürüb.

Noyabrın 17-də UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan səs çoxluğu ilə İcraiyyə Şurasına üzv seçilib.

Xatırladaq ki, Azərbaycan 2005-2009-cu illərdə də UNESCO İcraiyyə Şurasının üzvü olub.

* * *

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının 2021-2025-ci illər üzrə UNESCO İcraiyyə Şurasına üzv seçilməsi ilə bağlı məlumat yatıb.

Məlumatda bildirilir ki, noyabrın 17-də UNESCO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində təşkilatın İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış üç vakant yerdən birinə Azərbaycan Respublikasının namizədliyi irəli sürülmüşdü. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan Respublikası 143 səs toplayaraq Şuraya üzv seçilib.

“Ölkəmizin namizədliyinin çoxlu sayda dövlət tərəfindən dəstəklənməsi Azərbaycan Respublikasının elm, təhsil və mədəniyyət sahələrinə ayırdığı yüksək diqqətin və mədəni irsin mühafizəsinə nümayiş etdirdiyi diqqətin qlobal miqyasda qiymətləndirilməsinin göstəricisidir.

UNESCO İcraiyyə Şurasına üzvlüyü dövründə Azərbaycan Respublikası xüsusilə inkişaf etməkdə olan ölkələrdə UNESCO-nun mandatının effektiv şəkildə həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcək.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək Azərbaycan Respublikasının namizədliyinə öz dəyərli dəstəyini göstərmiş bütün UNESCO üzv dövlətlərinə minnətdarlığını bildirir”, - deyə məlumatda bildirilib.

Xəbər 4780 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib

02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!


BÜTÜN XƏBƏRLƏR +