Sabiq məmur hərbçilərdən rüşvət alıbmış
Parlamentdə 22 məsələ müzakirə olunacaq
Əliyev Trampı təbrik etdi
Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb
Günay Qurbanova Avropa çempionu olub
Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək


17.02.2017  10:43 

ATƏT-in Daimi Şurası Qarabağdakı “referendum”u rədd edib





A+  A-


Fevralın 16-da ATƏT-in Daimi Şurasının iclasında Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən Ermənistanın işğal edilmiş ərazilərdə qanunsuz “referendum” keçirmək niyyəti ilə bağlı məsələ qaldırılıb.

Bu barədə XəzərNews.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Daimi Nümayəndəlik Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı 14 fevral tarixli bəyanatı əsasında çıxış edərək ATƏT iştirakçı dövlətlərinin diqqətini Ermənistanın sözügedən təxribatçı niyyətinə cəlb edib, bunun Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının, əksinə, vəziyyəti gərginləşdirmək, işğal siyasətinin nəticələrini möhkəmləndirmək, qəbuledilməz və qeyri-dayanıqlı status-kvonu davam etdirmək siyasətinin göstəricisi olduğunu bildirib. Bu kimi cəhdlərin münaqişənin substantiv danışıqlar yolu ilə həlli cəhdlərinə zərbə vurduğunu vurğulayıb.

Daimi Nümayəndəlik keçirilməsi planlaşdırılan “referendum”un Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin açıq pozuntusu olduğunu, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı Ermənistan tərəfindən qanunsuz güc tətbiqinin davam etdiyi və işğal edilmiş ərazilərimizdə aparılmış mənfur etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin digər ciddi pozuntuları şəraitində təşkil edildiyini və beləliklə də hər hansı hüquqi nəticə doğura bilməyəcəyini bəyan edib.

Azərbaycan tərəfi bir daha beynəlxalq ictimaiyyəti qanunsuz “referendum”u pisləməyə və onun nəticələrini tanımamağa, eləcə də Ermənistana işğalçı siyasətinə son qoyması üçün siyasi və diplomatik təzyiq göstərməyə çağırıb.

Məsələ üzrə çıxış edən Türkiyə, Ukrayna və Gürcüstan nümayəndələri Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə edərək, “referendumun” qanunsuz və qeyri-legitim olduğunu, onun adı çəkilən ölkələr tərəfindən rədd edildiyini və nəticələrinin tanınmayacağını bildiriblər.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri adından çıxış edən Fransa məsələnin həmsədr ölkələrin narahatlığına səbəb olduğunu bildirib. Əlavə edilib ki, nə həmsədr ölkələr, nə də dünyanın hər hansı bir ölkəsi Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır. Bundan irəli gələrək, keçirilməsi nəzərdə tutulan “referendum”un nəticələri həmsədr ölkələr tərəfindən tanınmayacaq və “referendum” Dağlıq Qarabağın hüquqi statusuna, eləcə də münaqişənin həlli istiqamətində aparılan danışıqların nəticələrinə heç bir təsir edə bilməz. Bundan əlavə, Fransa nümayəndəsi həmsədr ölkələr adından vəziyyətin gərginləşməsinə xidmət edən addımdan çəkinməyə çağırış edib.

Səsləndirilən bəyanatlar fonunda tamamilə təcrid vəziyyətində qalmış Ermənistan tərəfinin qanunsuz “referendum”un keçirilməsinə, ölkəmizin ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqinə bəraət qazandırmaq cəhdləri Daimi Nümayəndəliyin BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi üzrə qəbul edilmiş müvafiq qətnamələrinə istinadları qarşısında bir daha iflasa uğradı.

Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövqeyi fonunda Ermənistanın sözügedən təxribatçı addımı bir daha nəzərdən keçirəcəyinə, münaqişə zonasında vəziyyəti gərginləşdirən, ümumilikdə regionda sülh və sabitliyi təhdid edən addımlardan əl çəkərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında tezliklə həlli məqsədilə substantiv danışıqlara cəlb olunacağına ümid edir.



Xəbər 4944 dəfə oxunub.




04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +