200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


03.04.2025  10:40 

Gömrükçülər Şahin Bağırovdan niyə narazıdır?





A+  A-

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları arasında növbəti narazılıq yaranıb.

XəzərNews.az Mia.az-a istinadən xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin, Abşeron, Xocasən, İpək-Yolu və digər gömrük postlarının əməkdaşları iş vaxtından əlavə xidmətə çağrılmalarından, istirahətin verilməməsi və digər məsələlərdən şikayətçidirlər.

Narazı əməkdaşlar bildirirlər ki, iş saatı 18.00-da bitməli olsa da, yüklərin qəbulu və yerləşdirilməsi, müayinəsi gecə saat 01:00-02:00-a qədər davam edir:

"Bu kimi hallar artıq 1 ilə yaxındır ki, davam edir. İşçilərin əmək hüquqlarının pozulması halları onların "WhatsApp" qruplarında və Bakı Baş Gömrük İdarəsinin sistemində açıq-aşkar görünür".

Onlar bildirirlər ki, bu hallar İpək-Yolu Gömrük Postunda daha çox baş verir:

"Gecə saat 02:00-da yüklərin daşınması və yerləşdirilməsi bitsə də, həmin saata qədər işləyən işçinin səhər 09:00-da yenidən işdə olması tələb edilir. Məsələ ondadır ki, əlavə iş saatlarına görə hər hansı ödəniş də verilmir".

Hətta bu məsələlərlə bağlı bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırov tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanova tapşırıq verdiyi də bildirilir:

"Həmin tapşırıqdan sonra işçilər arasında növbəli sistem qurulsa da, bu da cəmi 2 həftə davam edib. Hazırda işçilər yenə də ağır rejimdə çalışırlar. Mart ayındakı qeyri-iş günlərində də analoji ağır iş rejimi davam edib".

Qeyd edək ki, narazı əməkdaşlar işlərini itirməmək üçün adlarının çəkilməsini istəmirlər. Onlar məcburiyyətdən bu ağır rejimə dözürlər və məsələnin həll edilməsi üçün DGK sədri Şahin Bağırovdan kömək istəyirlər.

Xəbər 1791 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +