Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam


23.02.2022  16:45 

Emma ayrılıbmı?





A+  A-

"Səninlə mənim sənlə söhbətim varsa, zəng et görüşək, danışaq. Çıxıb efirdə dava-qırğın etmək mənə yaraşmaz. Soyadıma yaraşmaz. əqrəbəm, sancanda pis sancaram".

XəzərNews.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Emma Ələkbərzadə "Şourum" proqramında danışıb. İfaçı efirdə qalmaqal edən həmkarlarına səsləndi:

"Mən şou-biznesdə deyiləm, sənətdəyəm... Bəlkə, kimlərsə deyər, gec-gec çıxır gündəmə. Eybi yox, qoy gec görünüm. Əsas sevilirəm".

Şəxsi həyatından danışan Ələkbərzadə həyat yoldaşı Emil bəydən ayrılma xəbərlərinə belə son qoyub. O, Sevgililər gününü necə keçirməsi ilə bağlı sualı cavablandırıb:

"Qaydasında olmaya bilməz. Bizim "Valentinimiz" Daviddir. Gül-çiçək hədiyyəsi öz yerindədir. Mənim David adında Valentinim var. Durum deyim, hə, Sevgililər gününü gözəl keçirdim? Heç kimə ixtiyar vermirəm şəxsi həyata girsin. Ailəm, özəl həyatım, daxilimdir. Hər kəsin ailəsi ürəyində olmalıdır.

Emil romantikliyini yeməkləri ilə göstərir. Emil bəy evə gec gəlir, o, aşpazdır. Dadlı yeməklər yemək üçün insanlara qulluq edir. Əlbəttə bazar günü biz kef çəkərik. Mənim üçün steyk hazırlayır. Qurmanam və steyki çox sevirəm. Qısqanclıq da olanda olur, niyə yox? O da zarafata çevrilir. Mən qısqanmıram, ehtiyac yoxdur. Qısqanclıq xəstəlikdir, həmin dövr getdi".

İkinci dəfə ana olmaq istəyib-istəməmsi haqda suala isə Emma "David on uşağı əvəz edər" cavabını verib.

Xəbər 2094 dəfə oxunub.




14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +