Ruslan Kravçenko Ukraynanın baş prokuroru təyin edildi
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Lukaşenko inəklərə abidə qoyulmasını istəyir
İran səfiri erməniləri rahatlatdı: Sızma yoxdur
Azərbaycan İsraildən Güneyi vurmamağı xahiş edib?
Xaçmazda tələbə vəfat edib
İki rayona yeni prokuror təyin edilib
İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev


21.04.2018  19:56 

Şamaxıda torpaq sürüşməsi - Yollar dağıldı





A+  A-

İntensiv yağış Şamaxı rayonunda üç yolda torpaq sürüşməsinə səbəb olub.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Quşçu-Çaylı yolunun 3-cü kilometrliyində asfalt örtüyü 3 metr dərinliyə çökərək yolun bir hərəkət hissəsinin bağlanmasına səbəb olub.

Yolun kənarındakı yol hərəkəti nişanları da aşaraq dərəyə yuvarlanıb. Kəndlərə gedən yolun sağ tərəfi də sürüşməyə məruz qalıb.

Dağlardan sürüşüb gələn torpaq kütləsi yola doğru hərəkət edir. Hazırda yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, digər tərəfi isə dağdan gələn torpaq nəticəsində qabarıb.

Bu yaxınlarda istifadəyə verilən Şamaxı-Göylər-Padarçöl yolunda da torpaq sürüşməsi baş verib, yolun bir neçə hissəsi dağılıb. Yolun 19-20 kilometrliyində asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib.

Artıq aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, iş aparılır. Çökməyə məruz qalan hissələr doldurularaq üzərindən yeni asfalt örtüyü vurulur.

Qeyd edək ki, 6 ay öncə yenidənqurmadan sonra istifadəyə verilən Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə də iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb.

Xəbər 2315 dəfə oxunub.




17.06.2025  16:41 

Xaçmazda tələbə vəfat edib

16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir


BÜTÜN XƏBƏRLƏR +