İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH


12.01.2024  14:51 

Səkini zəbt edib yolu kəsən 99-AA-357 seriyalı bu maşın kimindir?





A+  A-

Paytaxtın müxtəlif ərazilərində dayanma-durma qaydalarını pozan sürücülərə rast gələ bilərik. Hətta elə küçələr var ki, piyadalar üçün ayrılmış səkilər daim avtomobillərin parkinq zonasıdır. Belə ki, qayda pozan sürücülər nəqliyyat vasitələrini eyni ərazidə hər gün saxlayır, yaxud günlərlə, həftələrlə səkini zəbt edir.

Bakının Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınmış görüntü elə işıqlandırdığımız problemlə birbaşa bağlıdır.

Xəzərnews.az xəbər verir ki, Avtosfer.az-a müraciət edən izləyici bu ərazidə hər gün eyni vəziyyətlə qarşılaşdığını iddia edib. Onun sözlərinə görə, gün ərzində ən azı 3-4 avtomobil səkidə parklanır və piyadaların hərəkətinə çətinlik yaradır.

Görüntüdən aydın olduğu kimi, 99-AA-357 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobil xəstəxananın önündəki səkidə park edilib. Nəticədə səkidən istifadə edən piyadalar məcbur qalaraq yola çıxıblar.

Məlumata görə, fotoşəkildəki maşın "Tornado” mühafizə şirkətinə məxsusdur. Bu avtomobilin müxtəlif qayda pozuntuları törətməsiylə bağlı mətbuatda xəbərlər dərc olunub.

Qeyd edək ki, "Tornado” mühafizə şirkətinin rəhbəri Səbuhi Abdullayevdir.

Xatırladaq ki, bu xətaya görə, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən sürücü 20 manat cərimə ödəmək məcburiyyətindədir.

Xəbər 1864 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +