Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?


10.11.2021  19:28 

Bu bitkilər yüksək qan təzyiqində kömək edir





A+  A-

Yüksəlmiş qan təzyiqi – insanı ölümə aparan birinci səbəblərdən biridir. Yüksək təzyiqdə düzgün qidalanma, vaxtında dərmanları qəbul etmək şərtdir. Lakin kimyəvi dərmanların yan təsirləri də çoxdur.

Ən təhlükəsiz yol təbiətin bəxş etdiyi dərmanlardır. Bunlar otlar, bitkilər, toxumlardır.

Reyhan – kalsiy kanallarını blok edir, təzyiqi salır, damarları rahatladır.

Cəfəri – tərkibindəki karotinoid antoiksidantlar xolesterini azaldır, aşağı və yuxarı təzyiq göstəricilərini qaydaya salır, damarları genişləndirir.

Kərəviz kökü və toxumu – dəmir, marqans, maqniy, kaliylə zəngindir. Təzyiqi saldığı sübut olunub. O, təbii blokatordur.

Sarımsaq – qan dövranını yaxşılaşdırır, damarları təmizləyir, təzyiqi 5,5 civə sütunu mm salır. Bu da bəzi təzyiq dərmanlarının təsiri ilə eynidir.

Darçın – damarları genişləndirir, şəkəri salır, şəkərə bağlı olaraq təzyiqi də salır. Bunun üçün darçın 12 həftə qəbul edilməlidir. Sutkalıq miqdar 300-500 mq-dır. Onu içkilərə, qidalara əlavə edə bilərsiz.

Zəncəfil – qədim təbabətin universal dərmanıdır. Təbii bloklayıcı və ingibotordur. Ürək-damar iltihabını azaldır. Alimlər hesablayıb ki, gündə 2-3 qram müntəzəm olaraq hər hansı bir formada zəncəfil qəbul edən şəxsdə yüksək təzyiq olmur.

Kəklikotu - ətirli bitki qanda iltihabı azaldır, qan dövranını yaxşılaşdırır, təzyiqi salır. APF fermentini bloklayır. Xolesterini, triqliseridləri azaldır. /Medicina.az/

Xəbər 3035 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +