Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?


05.08.2021  17:29 

Xəstəxanadan intihara cəhd edən qazi ilə bağlı - Açıqlama





A+  A-

Ötən gün feysbuk səhifəsində canlı yayım açaraq intihara cəhd etmiş Vətən müharibəsi qazisi Bəhram Nuriyev müalicəsini ambulator şəraitdə davam etdirir.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Travmatologiya və Ortopediya İnstitutundan bildirilib. Qeyd edilib ki, Bəhram Nuriyev xəstəxanaya sol saidin ön səthinin çoxsaylı səthi kəsilmiş və sol dirsək oynağı nahiyəsinin ön səthinin kəsilmiş yarası (dərin olmayan - yalnız dəri kəsilim halda) ilə daxil olub:

“Saiddəki yaralar sarğı edilib, dirsək oynağındakı yaralar tikilib. Xəstəyə anestezioloq reanimatoloqun müayinəsi aparılıb. Hazırda xəstənin müalicəsi ambulator şəraitdə davam edir".

Qeyd edək ki, B. Nuriyev aidiyyəti qurumların onun səhhəti ilə bağlı doğru rəy vermədiyini, psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı düzgün olmayan qərar verildiyini iddia edir. O, eyni zamanda Qəbələ rayon İcra Hakimiyyətinə də müraciət edərək qurumun onunla maraqlanmadığını demişdi.

Xatırladaq ki, Bəhram Nuriyev 1990-cı ildə Qəbələ rayonunun Yengicə kəndində anadan olub. O, Vətən müharibəsində göstərdiyi şücaətinə görə “Şuşanın azad olunmasına görə” medalı iə təltif edilib.

Xəbər 2569 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +