İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH


23.10.2020  20:49 

“Maskanı belə gəzdirmək yoluxmaya səbəb olur”





A+  A-

“Bəzi insanlar maska taxmağı maska gəzdirmək xətrinə edirlər. Hamı bilməlidir ki, maskanı belə gəzdirmək əslində yoluxmaya səbəb olur”
XəzərNews.az xəbər verir ki, bunu TƏBİB-in elmi komitəsinin sədri Akif Qurbanov REAL TV-nin efirində qonaq olarkən deyib. O bildirib ki, maska həm burunu, həm ağızı örtməlidir. Tənəffüs yolları mütləq örtülməlidir:

“Maska tənəffüs yollarını qoruyan bir vasitədir. Hazırda müharibə gedir. Qələbə gününü tam səbirsizliklə gözləyirik. Hamımız çalışmalıyıq ki, yoluxma artmasın. Yoluxma artanda səhiyyə sistemimiz yüklənir. Bu günlərdə xəstəxanalar müharibədə iştirak edən əsgərlərimiz üçün lazımdır. Artıq qorunma vasitələrinə əməl etmək vətənpərvər hisslərimizin bir hissəsi olmalıdır. Hər kəs özünü qorusa, səhiyyə sistemimizə kömək etmiş olarıq”.

A. Qurbanov qeyd edib ki, bizdən asılı olmayan bəzi səbəblər də var: “Bu fəsil bütün respirator, qrip və qripə bənzər xəstəliklərin aktivləşməsi vaxtıdır. Nə üçün kəskin artdı? Çünki psixoloji cəhətdən koronavirusu nəzərimizdən qaçırtdıq. Müharibə xəbərləri virusu ikinci plana keçirtdi”.



Xəbər 1526 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +