Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?


21.10.2020  21:49 

“İşğal altında olan bütün torpaqlarımız tezliklə azad ediləcək”





A+  A-

“Hazırda ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatında düşmənin 30 illik müdafiə sistemi, onların silah və texnikası, cəlb etdikləri muzdlu döyüşçülərin döyüş təcrübəsi heç bir işə yaramır”.
XəzərNews.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, onların bölmələri nizamsız qaydada geri çəkilir:

"Azərbaycan ordusunun əsas dayağı olduqca güclü olan dövlət-xalq-ordu birliyidir. Azərbaycan əsgəri Ali Baş Komandanımızın hər çıxışından daha da cəsarətlənir, irəli atılır, xalqımızın birliyindən və döyüş ruhundan mənəvi güc alır. Vahid komandanlıq altında idarə olunan Azərbaycan ordusunun bütün bölmələri döyüş meydanında əsl peşəkarlıq, qəhrəmanlıq və böyük fədakarlıq nümayiş etdirir. Bir daha əmin edirik ki, Ali Baş Komandanın əmərinə uyğun olaraq işğal altında olan bütün torpaqlarımız tezliklə azad ediləcək. Qələbə bizimlədir”.

Xəbər 1985 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +