Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?


31.01.2020  12:21 

Koronavirus Türkiyəyə də yayılıb? - Nazirdən açıqlama





A+  A-

Türkiyədə koronavirusa yoluxma halı qeydə alınmayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Koronavirus Elmi Heyətinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 23 ölkədə ümumilikdə 9810 nəfərdə yoluxma halı olub: “Bu rəqəmin 99 faizi Çinə aiddir. Həyatını itirənlərin əksəriyyəti yaşı 65-dən yuxarı olan, xroniki xəstəliyi və immuniteti zəif olan insanlardır”.

Nazir qeyd edib ki, bugünə qədər Türkiyə daxilində fərqli əyalətlərdən olan 68 nəfərdən analiz götürülüb: “İndiyə qədər Türkiyədə qəti olaraq bu virusa yoluxan hər hansı bir xəstəmiz yoxdur. Əgər olarsa, buna uyğun bütün hazırlıqlarımız yekunlaşıb. Türkiyə Hava Yolları məsuliyyətli addım ataraq fevralın 9-na qədər Çinə uçuşları dayandırıb. Biz Türkiyə Cumhuriyyəti olaraq heç bir vətəndaşımızı sahibsiz qoymayacağıq. Bugünə qədər minlərlə vətəndaşımızı ölkəmizə gətirmişik. Uhan şəhərində yaşayan və heç bir şəkildə xəstəlik şübhəsi olmayan vətəndaşlarımız var. Biz tamamilə sağlam olan vətəndaşlarımızı orada qoyub riskə ata bilmərik.

Lazımi diplomatik danışıqlar tamamlanandan sonra yaxın bir neçə saat ərzində Türkiyə Silahlı Qüvvələrinə məxsus “A400M” tipli təyyarəni təcili yardım təyyarəsinə çevirərək vətəndaşlarımızı gətirmək istəyirik.

Hazırda hərəkət etməyə hazırlaşan təyyarədə 21 infeksiya mütəxəssisi də olacaq. 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşı da müayinələrdən sonra təyyarəyə buraxılacaq. Sərnişinləri xüsusi izolyasiya ilə gətiririk. Tibbi heyətimiz hər sərnişini müayinə edəcək. Təyyarə eniş edəndə komandalarımız da daxil olmaqla 14 gün müşahidə altında saxlanılacaqlar. Xüsusilə, bu vətəndaşlar indiyə qədər istifadə olunmayan xəstəxanada qalacaqlar və həmin xəstəxana daha sonra da digər xəstələr üçün istifadə olunmayacaq.Buna görə xəstələrimizin heç biri ilə təmasda olunmayan bir proses olacaq”.

Xəbər 1623 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +