Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?


14.10.2019  14:15 

Uşaqların övladlığa verilməsində YENİLİK





A+  A-

"Hazırda övladlığa götürmə ilə bağlı aktiv işlər aparılır. Məsələ ilə bağlı aidiyyəti qanunverici dəyişikliklər Milli Məclisə təqdim olunub. və yaxın günlərdə onun plenar iclaslarda qəbul edilməsi gözlənilir".
XəzərNews.az xəbər verir ki, bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. S.Babayevin sözlərinə görə noyabrın 1-dən etibarən övladlığa götürmə sahəsində fəaliyyətin istiqamətləndirilməsi, müraciətlərin qəbul edilməsi və müvafiq bazanın formalaşdırılması üçün elektron alt sistem istifadəyə veriləcək:

"Bu hazırlıq işləri bitdikdən sonra övladlığa götürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, həm də elektron portal üzərindən qəbul ediləcək. Bu zaman övladlığa götürmənin administrativ prosedurları tam şəkildə yenidən qurulur və beynəlxalq təcrübəyə uyğunlaşdırılır. Əsas şərt övladlığa verilən uşağın psixoloji ehtiyaclarından irəli gələrək, düzgün ailə seçilməlidir. Ailənin həqiqətən də həm sosial, həm mədəni, həm də maddi vəziyyəti bu övladı yetişdirmək, onu böyütmək qabiliyyətinin olmasını düzgün qiymətləndirmək lazımdır".

Nazir bildirib ki övladlığa verilmə prosesinin özü də dəyişir: "Çox qısa müddətdə qiymətləndirmə aparılmayacaq. Prosedur 6 aya qədər davam edəcək. Növbədə proses ailə ilə uşağın tanışlığı, onların neytral ərazidə görüşlərinin təşkil olunması, ekspertlərin iştirakı ilə onların ünsiyyətinə nəzarət edilməsi, qısa müddətdə ailəyə verilməsi və sonradan isə daimi şəkildə ailəyə verilməsindən ibarətdir. Bu, çox geniş prosedurdur. Amma burada əsas maraq uşağın hüquqlarının qorunmasıdır ki, ona hər hansı çətinlik olmasın".

Xəbər 1717 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +