Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?


04.10.2019  15:08 

Bakı Zooparkı nə vaxt açılacaq?





A+  A-

"Köhnə Bakı Zooloji Parkdan əsər-əlamət qalmayacaq”.
XəzərNews.az-ın məlumatına görə, bu sözləri lent.az-a açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

O bildirib ki, Zooparkda olan xırda qəfəslərin hamısı ləğv edilib: "Hazırda tikinti işləri davam edir. Prosesin yekunlaşması tikintinin gedişindən aslıdır. Ərazidə qoruyucu sistemlərin qorunması vaxt aparan işdir. Bununla yanaşı, tikintinin özü çox vaxt aparmasa da, qurğuların qoyulması, kanalizasiya, işıq xətlərinin yenidən çəkilməsi üçün uzun müddət lazımdır”.

A.Hüseynov qeyd edib ki, gələn il bütün işlərin yekunlaşması gözlənilir: "Heyvanlar hazırda müvəqqəti saxlanc yerindədirlər. Onlara hər cür şərait yaradılıb. Burada stress, səs-küy olmadığı üçün hər şey yaxşıdır. Belə ki, dəvə, tovuzquşu, poni, qamış pişiyi, oxatan kirpi və bir çox heyvanlar artıq balalayıblar. Bunu da deyim ki, park tam hazır olduqdan sonra yeni heyvanların da alınması planlaşdırılıb”.

Xatırladaq ki, Bakı Zooloji Parkın fəaliyyəti 2019-cu ilin fevral ayından etibarən müvəqqəti olaraq dayandırılıb. Həmçinin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra park ərazisi 4.25 hektar (əvvəl 2.25 hektar idi) olacaq.

Xəbər 1779 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +