Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?


04.10.2019  14:46 

“Qarabağ Azərbaycan torpağıdır” - “Marca”





A+  A-

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Düdelanj”la Lüksemburqdakı oyununda üzləşdiyi erməni təxribatı xarici mətbuatın da diqqətindən kənarda qalmayıb.
XəzərNews.az xəbər verir ki, İspaniyanın nüfuzlu “Marca” nəşri də baş verənlərlə bağlı xəbər hazırlayıb.

Yazıda qeyd olunur ki, siyasət yenə idmanda görünməyə başladı: "... və yenə, siyasi səbəblərə görə idman yarışı yarımçıq dayandırıldı. “Düdelanj” - “Qarabağ” matçının gedişi zamanı (azərbaycanlılar 2:0 öndə olarkən), "Artsax" bayrağını daşıyan pilotsuz təyyarə Lüksemburqdakı “Jozi Bartel” stadionunun üstündən uçdu və hakimi oyunu dayandırmağa məcbur etdi. Azərbaycan komandasının üzvləri top ilə dronu yerə endirməyə çalışdılar. Dağlıq Qarabağ Ermənistan və Azərbaycan arasında suverenliyi ilə bağlı münaqişəni qoruyan bir ərazidi. Sözügedən ərazi azərbaycanlıların idi, lakin artıq 30 ildən çoxdu davam edən münaqişə şəraitində Ermənistan qoşunları tərəfindən hərbi şəkildə işğal olunub".

Daha sonra bildirilir ki, "Qarabağ" Ağdam komandası olduğundan futbolçular təxribata görə etiraz etməyə başlayıb: ““Qarabağ” futbolçuları bu qarşıdurmadan sonra oynamaqdan imtina etdilər. Qarabağ əslən Azərbaycan torpağıdır. Çünki “Qarabağ” əslən Ağdam şəhərindəndi, hansı ki, hazırda yuxarıda göstərilən münaqişə səbəbindən işğal altındadı və yalnız Ermənistan tərəfindən tanınan bir respublikanın əlində qalıb. Lüksemburqun səmasındakı qalmaqal səbəbindən oyun 15 dəqiqə (əslində 20 dəqiqədən çox) sonra davam etdi. Azərbaycan klubunun kapitanı Rəşad Sadıqov dron stadionu tərk etdikdən sonra qonaq azarkeşlərə yaxınlaşaraq onları təmkinli olmağa səslədi”.

Xəbər 2166 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +