İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH


17.04.2019  18:06 

İmamoğlunun qələbəsi TƏSDİQLƏNDİ





A+  A-

CHP-nin İstanbul bələdiyyə rəhbərliyinə namizədi Əkrəm İmamoğlu protokolu almaq üçün İstanbul Çağlayan ədliyyəsinə çağırılıb.
XəzərNews.az-ın “Hurriyet”ə istinadən xəbərinə görə, bu barədə partiyanın İstanbul üzrə nümayəndəsi Canan Kaftancıoğlu sosial şəbəkədə məlumat yayıb.

Hazırda CHP-li millət vəkilləri başda olmaqla minlərlə insan İmamoğlunu ədliyyə binasının qarşısında gözləyir.

Xatırladaq ki, Yüksək Seçki Qurumu (YSK) martın 31-də İstanbul bələdiyyəsinin rəhbərliyi uğrunda keçirilən seçkilərdə Millət İttifaqının namizədi Əkrəm İmamoğlunun 48,79 faiz səslə (4 milyon 169 bin 765 səs) qalib gəldiyini açıqlamışdı. Cümhur İttifaqından olan namizəd Binəli Yıldırım isə 48,51 faiz səs (4 milyon 156 bin 36 səs) toplamışdı.

Bundan sonra hakim Ədalət və İnkişaf Partiyası seçkilərdə saxtakarlıq və pozuntu hallarının baş verdiyini bildirərək səslərin yenidən sayılmasını tələb etmişdi. Sayımdan sonra B.Yıldırımın lehinə 11 min 109 səs artmışdı. Bununla da Ə. İmamoğlu ilə aradakı səs fərqi 13 min 729 minə düşmüşdü.

***

Əkrəm İmamoğlu xanımı Dilək İmamoğlu ilə İstanbul ədliyyəsinə gəlib.

***

Ə. İmamoğlu İstanbul bələdiyyəsinin rəhbəri olduğunu təsdiqləyən möhürlü sənədi alıb. O, seçkilərdən 17 gün sonra bu gün Bakı vaxtilə saat 20:00-da vəzifəsini təhvil alacaq.

Xəbər 1383 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +