Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?


13.02.2025  17:19 

Azər Badamov eks-deputat dostu barədə danışmaq İSTƏMƏDİ





A+  A-

Milli Məclisin həbsdə olan keçmiş deputatı Eldəniz Səlimov bir müddət əvvəl azadlığa buraxılıb. Sabiq deputat 2021-ci ildə həbs edilmişdi və həbs müddəti bitdiyi üçün sərbəst buraxılıb.

Eldəniz Səlimovun vəziyyətini və gələcək planları barədə məlumat əldə etmək üçün onun özünə etdiyimiz zənglər cavabsız qalıb.

XəzərNews.az xəbər verir ki, Modern.az sabiq siyasətçi barədə ona yaxınlığı ilə seçilən parlamentin deputatı Azər Badamovla əlaqə saxlayıb. O, bir müddət əvvəl saytımıza açıqlamasında Eldəniz Səlimovla görüşəcəyini bildirmişdi.

"Onunla təbii ki, görüşəcəyik. Düşmən deyilik ki, bir yerdə olmuşuq, Milli Məclisdə birgə oturmuşuq, yoldaşlıq etmişik", - Azər Badamov deyib.

Ancaq bu dəfə Azər Badamov bildirib ki, Eldəniz Səlimovla bağlı şəxsi sualların onun özünə ünvanlanması daha doğru olar.

Qeyd edək ki, Azər Badamov Eldəniz Səlimovun toxunulmazlıq hüququnun ləğvinə səs verməyən deputatlardan biri olub. O, sabiq deputatla parlamentdə eyni masada əyləşib və iki siyasətçi arasında yaxın əlaqələr olub.

Xəbər 1745 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +