14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


25.06.2019  15:48 

Azərbaycanda temperatur normadan 7.8 dərəcə yüksəkdir





A+  A-

Bu ilin iyun ayının ilk günlərindən anomal hava şəraiti müşahidə olunmaqdadır.
XəzərNews.az-ın məlumatına görə, bu haqda Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

“Biz keçən ilin iyun ayı ilə müqayisəli təhlil aparsaq havanın temperaturu 5-7 dərəcə yüksəkdir. Yəni keçən ilin iyun ayı bu ilin iyun ayı ilə müqayisədə sərin keçib. Neçə gündür Bakıda temperaturun sutkalıq maksimum göstəriciləri yenilənir. Qeyd edək ki, Bakıda havanın temperaturu 37 dərəcə müşahidə olunur, Abşeron yarımadasında 39.6 dərəcəyə qədər yüksəlib. Aran bölgəsində isə 40-42 dərəcə qeydə alınıb. Norma göstəriciləri ilə müqayisədə havanın temperaturu 7.8 dərəcə yüksəkdir. Belə hava şəraiti Azərbaycanda iyul ayının ikinci yarısı və avqust ayları üçün səciyyəvidir”.

Umayra Tağıyeva bildirib ki, iyun ayının 26-27-də Bakını kəskin istilərdən xilas edən şimal küləyi əsəcək.

“İyun ayının 26-da şimal küləyi əsəcək və sürəti artacaq. Buna görə də bu havanın temperaturunun 35-36 dərəcədən yüksək olmasına şərait yaratmayacaq. Ən isti günlər ayın 26-na qədər olan günlərdir. İyun ayının 28-29-da atmosfer təzyiqi normadan aşağı olacaq. Külək əsasən cənub-şərq istiqamətli göstərilir.

Buna görə də nisbi rütubət normadan bir qədər yüksək olacaq. Eyni zamanda havanın temperaturu yenidən bir qədər yüksələcək. Buna görə də ayın 29-da əlverişsiz hava şəraiti gözlənilir. Buna görə də əhaliyə bildirmək lazımdır ki, isti hava şəraitində səhhətlərinə diqqət etsinlər. Günəşin altında çox gəzmək olmaz. Ayın 30-da yenidən şimal küləyi gözlənilir. İyul ayının ilk günlərində havanın temperaturu yüksək olmayacaq. Yəni iyul ayının ilk günləri kəskin istilər gözlənilmir, hava temperaturu normadan artıq olmayacaq”.

Xəbər 1662 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +