14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


30.10.2018  11:54 

DİN İmişli “ASAN Xidmət”ə işçi axtarır





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) İmişli rayon “ASAN Xidmət” mərkəzində Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanların kiçik rəis heyəti vəzifələrində vakant olan 3 yerə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən XəzərNews.az-a verilən məlumata görə, müsabiqədə yaşı 25-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, ali və ya orta-ixtisas təhsilli, özü və yaxın qohumları məhkum olunmamış, yaşayış yeri üzrə İmişli şəhərində və ətraf rayonlarda daimi qeydiyyatda olan, boyu 160 santimetrdən yuxarı olan qadın, 170 santimetrdən yuxarı olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş kişi vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli, xarici dil bilən və kompyuterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər oktyabr ayının 30-dan noyabr ayının 20-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri Nizami rayonu Məhsəti küçəsi 160 ünvanında yerləşən DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Arxiv uçot şöbəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini, əmək kitabçasını (olanlar üçün), hərbi bileti (kişilər üçün) təqdim etməlidirlər.

Xəbər 1698 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +