Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


25.04.2023  12:34 

Vahid Əhmədov parlamentin HƏDƏFində





A+  A-

"Keçən iclaslarımızda qanunları müzakirə edirdik. Bu gün nəyi müqayisə edirik? Çox təəssüf. Öz parlamentimizin daxilində Azərbaycan dövlətçiliyinə zidd olan düşüncələr müzakirə olunur”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında parlamentin sədr müavini Fəzail İbrahimli bildirib.

“Burada fikir söylənildi ki, “Vahid Əhmədov tələyə düşdü”. Qətiyyən bununla razı deyiləm. Vahid müəllim tələyə düşən adam deyil. Vahid müəllim nə eləyirsə, bilərək edir, nə danışırsa, düşünür, danışır. Bu, təsadüfi hadisə deyil. Adətən, dövlətin, millətin çətin günlərində ağsaqqallara böyük ehtiyac duyulur. Bu çətin məqamlarda onların sözünə, nəfəsinə böyük ehtiyacımız var, çox təəssüf ki, geniş həyat təcrübəsi, bütün hökumətlərdə üzdə olan Vahid müəllim bu gün özünü müzakirə obyektinə çevirib.

Deyir ki, 3 deputatdan başqa hamı saxtakardır. Niyə mənim heysiyyətimə toxunursan? Qardaş, adama deyərlər ki, bəyənmirsən, oturma da, qəbul etmirsənsə, vicdanın bu şeylərə dözmürsə, açıq şəkildə qoy mandatını, çıx get. De ki, mən bacarmadım burada”, - deyə Fəzail İbrahimli vurğulayıb.

Xəbər 2413 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +