Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


24.04.2023  12:26 

Hərənin öz həqiqətləri olur, amma...





A+  A-

Hansısa mövzuya yanaşmada cəmiyyət üzvlərinin və qrupların qərəzi ola bilər. Çünki hamının qəbul etdiyi tək həqiqət olmur, hərənin öz həqiqətləri olur.

Lakin elə ümummilli həqiqətlər var ki, bu hamı tərəfindən birmənalı qarşılanır. Təqdir olunur və dəstəklənir. Bunun bariz nümunələrindən biri kimi Laçın yolunda ordumuzun keçid-buraxılış məntəqəsinin qurulması ətrafında olan həmrəyliyi göstərmək olar.

Cəmiyyət bu davranışda həmrəydir. Demək bizim cəmiyyət qiymətli cəmiyyətdir. Hər məsələyə böyük baxış bucağından baxa bilir. Ağı ağ, qaranı qara kimi görüb qiymətləndirə bilir. Bunu qiymətləndirməmiz lazım.

Vətən sərhəddən başlayır. Müstəqilliyin vacib atributudur sərhəd.

Laçın-Xankəndi yolu üzərində qurulan postla ordumuz nəzarət imkanını artırmış oldu. 23 aprel tarixində atılan bu addımla Qarabağ bölgəsində reallıqları xeyrimizə dəyişmək imkanlarımız artacaq.

Bu iqtisadi ifadə ilə desək, dəyər zəncirində elə bir həlqədır ki, onun zəncirin digər həlqələrınə təsir gücü və domino effekti ilə etkileri böyüyəcək. Bu baxımdan strateji keçid məntəqəsinə tam nəzarətə sahiblənmək Azərbaycanın diktə imkanlarını artıracaq.
Lakin bir tarixi xatırlama da yerinə düşür. Mərhum Əbülfəz Elçibəy özünəməxsus bədən dili ilə Laçın-Xankəndi yolunun bağlanması ilə Qarabağa nəzarətimizdə saxlamağın vacibliyin izah edəndə bəzi həmvətənlərimiz onu sadəlövhlükdə qınayırdılar. Problemin siyasi-hərbi labrintlərini dərindən bilməməkdə ironiya edirdilər.

Hazırda Laçın-Xankəndi yolu üzərində nəzarətinə can atıb və vəziyyətin xeyrimizə dəyişməmizlə biz həmin "sadəlövh" fikrin təntənəsi ətrafında həmrəyik. Tarixin ironiyasına baxın... 30 il əvvəl söylənilmiş hərbi hədəfi nişan verən yerə gəlib çatdıq.

Tanrı Azərbaycanı qorusun!

Azərbaycan güclüdür və azərbaycanlılar qiymətlidir!

Məmməd Talıblı

Xəbər 2459 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +