Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


09.03.2021  20:23 

Bu məhsullar 3 il müddətinə ƏDV-dən azad edildi





A+  A-

Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliklə bağlı imzaladığı fərmana əsasən, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunub.
XəzərNews.az xəbər verir ki, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən üç il müddətinə ƏDV-dən azad edilib.

Bundan başqa, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə 2021-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.

Xəbər 4282 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +