Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


07.03.2021  14:38 

Küləyin fəsadları artır





A+  A-

Güclü küləyin fəsadları artmaqdadır.
"Azəriqaz"dan XəzərNews.az-a verilən məlumata görə, Xətai rayonu, Ramiz Quliyev küçəsində ağac qaz xəttinin üzərinə aşıb. "Qobu park-1" yaşayış massivində 3 və 4 saylı binaların arasında güclü külək diametri 57 mm olan qaz xəttini dirəklərdən yerə salıb.

Abşeron rayonu, 28 May qəsəbəsi, dəmir yolunun yanında güclü külək nəticəsində daş hasar diametri 89 mm olan qaz xəttinin üzərinə aşıb. Binə qəsəbəsi və Yeni Binə yaşayış massivini qazla təmin edən qaz xətləri də güclü küləyin təsirindən yararsız hala düşüb. Binəqədi rayonu, 1-ci Mədən, korpus 9 ünvanında aşan daş hasar diametri 25 mm olan qaz xəttini və 2 ədəd sayğacı yararsız hala salıb. Bütün qəza briqadaları iş başındadır.

Xəbər 3794 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +