Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


04.08.2020  10:23 

“Pensiya və digər sosial ödənişlərdə azalma olmayacaq”





A+  A-

Bu gün parlamentin Əmək və Sosial Siyasət komitəsinin iclası keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, komitə sədri, deputat Musa Quliyev bildirib ki, ötən ilin sonunda qəbul edilən büdcə optimist idi:

“Ancaq aparılan təhlilər onu göstərir ki, ilin ikinci yarısı, hətta gələn ilin əvvəlinə kimi koronavirus pandemiyasına qarşı karantin tədbirləri davam edəcək. Bu da şübhəsiz ki, iqtisadiyyatın müəyyən qədər zəifləməsinə səbəb ola bilər. Bu da sosial müdafiə tədbirlərinə yenidən baxılmasını tələb edir. Buna görə də Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə dəyişiklik təklif olunur. Dəyişikliyə görə, Sosial Müdafiə Fondunun büdcəsi 4 milyard 825 milyon 508 min 800 manatdan 4 milyard 784 milyon 689 min 400 manata qədər azaldılır. Yəni, Sosial Müdafiə Fondunun büdcəsi 40,8 milyon manat azaldılır.

Bütün vətəndaşlar əmin ola bilər ki, sosial müavinətlərin verilməsində heç bir geriləmə olmayacaq. Pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin həcmi azalmayacaq və vaxtlı-vaxtında verilməsi təmin olunacaq. Ünvanlı sosial yardım və özünəməşğulluq proqramları davam edəcək.

Lakin azalmalarla bağlı bəzi fikirlərim var. Xüsusilə, hamiləliyə və doğuşa görə 4,1 milyon manatlıq, uşağın anadan olmasına görə 5 milyon manatlıq, 3 yaşına qədər uşağa qulluqla əlaqədar və dəfn üçün azalmalar nəzərə tutulub. Mən hesab edirəm ki, bunlara yenidən baxmaq lazımdır. Çünki bunlar təbii proseslərdir. Biz bu sahədə rəqəmləri qəbul etməklə həmin insanları sosial müdafiəsiz qoya bilərik. Biz bu sahədəki azalmaları nə iləsə kompensasiya etməyi düşünməliyik”.



Xəbər 3808 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +