Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


15.08.2019  16:23 

“Mənim ayağım sənin üzündən çox-çox təmizdir” - QARŞIDURMA





A+  A-

“Dəfələrlə böhtan ataraq məni FETO-çu adlandıran Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur, nakişidir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa sosial şəbəkədə yazıb. ADP sədrinin onu FETO-çu adlandırmasına sərt reaksiya verən millət vəkili bu cür iddiada olanlara qısa və açıq mesaj göndərdiyini bildirib:

“Öz adıma deyirəm, FETO-çu olan namussuzdur, nakişidir. Deyir ki, bu barədə bir dəfə yazmaq istədim MTN-ə, dostlar qoymadı. Ay-hay. Sən satdığın adamlar haqqında məlumatları yazanda dostları eşidəydin bari. İndi isə fürsətdir, bütün qurumlara yaz, araşdır, incələ. Bir dəfə bu adama söyləmişdim, sən gündə bir dəfə üzünü yuyursan, mənsə azı beş dəfə ayağımı. Ayağım belə sənin üzündən çox-çox təmizdir. Azərbaycan dövləti də, milləti də gözəl bilir ki, bizim bu dövlətdən, bu millətdən başqa qibləgahımız yox!”

Qeyd edək ki, S. Cəlaloğlu Musavat.com-a açıqlamasında Fazil Mustafanın FETO-çularla əlaqəsinin olmasını onun özünə, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə də, Türkiyə təhlükəsizlik orqanlarına da sübut edə biləcəyini, faktlarının olduğunu söyləyib.

Xəbər 2755 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +