Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


31.12.2017  17:29 

Əfqan Muxtarlının ailəsində faciə - 3 nəfər həlak oldu





A+  A-

Həbsdə olan jurnalist Əfqan Muxtarlının bacısı və uşaqları həlak olub.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib.

Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.

Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır. Meyitlər tibbi müayinə olunmaq Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbi məlum olacaq.

Qeyd edək ki, həyatını itirən N. Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı və qardaşı uşaqlarıdır. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

İlkin ehtimala görə, ana və iki övladı dəm qazından zəhərlənib.

Xəbər 2974 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +