Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


29.12.2017  12:21 

Elektrik naqillərini oğurlayan TUTULDU





A+  A-

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisinda tikintisi davam edən binalardan elektrik naqilləri oğurlayan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Bu haqda XəzərNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, bölməyə ərizə ilə müraciət edən MTK-lardan birinin rəhbərliyi inşa etdirdikləri binanın 10-cu mərtəbəsində uzunluğu 200 metr olan 917 manat dəyərində naqilin oğurlandığı barədə məlumat verib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Röyal Məmmədov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin daha bir MTK-dan uzunluğu 6000 metr dəyəri isə 25000 manat olan elektrik naqillərini oğurladığı da sübuta yetirilib.

Qeyd edək ki, hadisədən sonra saxlanılan şəxs naqillərin bir hissəsinin yandıraraq əldə olunan mis kütləsini paytaxt ərazisində yerləşən əlvan metal qəbulu məntəqələrindən birinə satıb.

Faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər 2991 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +