O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü


05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!





A+  A-

Berezutskinin iki kəlmə danışıb yarımçıq tərk etdiyi mətbuat konfransı barədə özüm çox şey yazmadım. "İnsanın emosiyalara qapılması normaldı, hamının başına gələ bilər" deyə düşündüm, ilk və sonuncu dəfə olacağına ümid edib, üstündən keçdim.

Amma...

Məsələ başqa tərəfə gedib. AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov əməlli-başlı tərbiyəsizlik edərək jurnalistlərə söz atıb. Xəbəri olsun ki, həmin mətbuat konfransında mən də var idim və dediyi sözlər mənə də aid edilir.

Ölkə futbolunda intizamın bərqərarına cavabdeh olan şəxsin "Futbol+"in məlum mətbuat konfransı barədə sualına belə cavab verib:

“Mənim işim həddən artıq işim çoxdu. Təkcə İntizam Komitəsinin sədri deyiləm, SOCAR-da da çalışıram. Hər sualı cavablamağa vaxtım yoxdu. İntizam Komitəsində verilən qərarların hər biri doğrudu. Həmin qərarlar da İntizam Məcəlləsində yer alıb. Hər şeyə görə cərimə verilmir. Baş məşqçi məcburdu ki, bir saat otursun, jurnalistlərin boş-boş suallarına cavab versin? Mən artıq yoruluram. İntizam Məcəlləsini əldə edin, baxın və konkret nə lazımdısa, məktubla müraciət edin”.

Boş sənsən, Erkin Hüseynov! Danışığın da, dediklərin də tutduğun vəzifəndə boşuna oturduğunu göstərir. Mən 22 ildə bəlkə də 5 min mətbuat konfransında iştirak eləmiş, ömrümü bu işə sərf edərək sənin heç bir xeyrin dəymədiyi ölkə futboluna gücüm çatdığından artıq xidmət eləmişəm.
Çox uzatmıram.

Ədəb yaxşı şeydi, hər kəsdə olmur.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-ya burdan rəsmi şəkildə müraciət edirəm, gərəkərsə, e-mail və ya kağız məktub şəklində də təkrarlamağa hazıram. Bu şəxslə bağlı ölçü götürülməlidi. Ən az edə biləcəyi şey çıxıb üzr istəməsi, səhvə yol verdiyini deməsidi. Əks halda, bu sözlər ona baha başa gələcək.

Rəhbərlik etdiyim "Rekord.az" saytının üzvü olduğu Medianın İnkişafı Agentliyini də bu məsələyə müdaxilə etməyə, lazımi addımları atmağa çağırıram.

Kənan Məstəliyev

Xəbər 4930 dəfə oxunub.




16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +